Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ballmer: əsas rəqib “iOS” platformasıdır


“Microsoft” korporasiyasının icraçı direktoru Stiv Ballmer “Web 2.0” konfransında bildirib ki, “Windows Phone” üçün əsas rəqib “Apple” korporasiyasının smartfonlarıdır. “Android” qurğulara gəlincə isə, onlar yalnız qiymət nöqteyi-nəzərindən təhlükə təşkil edirlər.

Stiv Ballmer əlavə olaraq bildirib ki, “Windows Phone” platforması ilə işləmək üçün “Android”dən fərqli olaraq, istifadəçi kompyuter texnologiyalarını mütləq bilməli və alim olmalı deyil. “Microsoft” rəhbəri, həmçinin söz verib ki, gələn həftə “Nokia” şirkəti xeyli sayda yeni “WP” qurğu təqdim edəcək.




20/10/11    Çap et