Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti növbəti təqdimat tarixini açıqlayıb


"Apple" korporasiyası proqramçılar üçün "WWDC" illik tədbirinin tarixini açıqlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, konfrans 2018-ci il 4-8 iyun tarixlərində San Xose şəhərindəki "McEnery Convention Center"də keçiriləcək. Ötən il "WWDC" konfransı, həmçinin bu şəhərdə keçirilib. Zal 6 mindən çox qonaq üçün nəzərdə tutulub. Martın 22-dək iştirakçılar qeydiyyatdan keçə bilərlər.

Təqdimatda əməliyyat sistemlərinin yeni versiyalarının nümayişi gözlənilir: "macOS", "iOS", "watchOS" və "tvOS". Analitiklər, həmçinin hesab edirlər ki, sərgidə yeni cihazlar təqdim ediləcək.

Emil Hüseynov






14/03/18    Çap et