Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stiven Hokinq vəfat edib


Böyük Britaniya alimi Stiven Hokinq dünyasını dəyişib. Bu barədə onun ailə üzvü “BBC” telekanalına məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, alimin uşaqlarının məlumatına görə, məşhur fizik və elm fədaisi bu gün səhər 76 yaşında Kembric şəhərindəki evində vəfat edib.
 
Bildirilir ki, bütün ömrü boyu nəzəri fizika ilə məşğul olan alim bu sahədə ən məşhur və nüfuzlu mütəxəssislərdən olub.
 
S.Hokinq əsas marağını Yer kürəsinin və kvant qravitasiyasının xüsusiyyətlərinin və təkamülünün öyrənilməsinə yönəldib, onun başlıca nailiyyəti isə “qara dəliklərin” təsviri üçün termodinamikanın tətbiqi, eləcə də “qara dəliklərin” sonradan alim tərəfindən “Hokinq şüalanması” adlandırılan təzahürü nəticəsində “buxarlanması” nəzəriyyəsidir.
 
Alimə 1960-cı ildə yan amiotrofik sklerozu diaqnozu qoyan həkimlər onun iki il yarım yaşayacağını bildiriblər. 1980-ci illərdə fizik sətəlcəmə tutulub və onun üzərində cərrahi traxeostomiyanın aparılması nəticəsində danışıq qabiliyyətini itirib.
 
Nizam Nuriyev






14/03/18    Çap et