Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” kriptovalyutaların reklamını qadağan edəcək


“Google” şirkəti üzərində hüquqlara sahib olan “Alphabet” şirkətinin rəsmisi bildirib ki, cari ilin iyununda axtarış sistemi kriptovalyuta və başqa spekulyativ maliyyə alətlərinin reklamına qadağa qoyacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, həmçinin “Google”un yeni hesabatına əsasən, ötən il şirkət 3,2 milyard reklam elanını silib. 2016-cı illə müqayisədə silinmiş reklam elanlarının sayı təxminən 2 dəfə yüksəlib.
 
Qeyd edək ki, cari ilin yanvarında “Facebook” sosial şəbəkəsi  kriptovalyuta, ICO (kriptoaktivlərin ilkin yerləşdirməsi) və binar opsionlarla bağlı reklam elanlarının dərcinə qadağa qoyub. Şirkətin nümayəndəsi bildirmişdi ki, belə reklam elanları həm sosial şəbəkə, həm “Instagram”, həm də kənar tətbiqlərdə reklam yerləşdirməyə imkan verən “Audience Network” şəbəkəsində qadağan ediləcək. Həmçinin “Facebook” öz istifadəçilərini sosial şəbəkənin siyasətini pozan elanlardan şikayət etməyə səsləyib.
 
Emil Hüseynov





14/03/18    Çap et