Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyasının brauzeri “iPad” planşetlərində əlçatan olub


"Microsoft" korporasiyasının "Edge" brauzeri "Apple" şirkətinin istehsalı olan planşetlərdə əlçatan olub. Hələ ki az sayda istifadəçi sözügedən mobil brauzerin test versiyasını quraşdıra bilər. Yekun versiyanın təqdimetmə tarixi hələ ki məlum deyil.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, proqramın beta-versiyası ilə tanış olmuş "The Verge" nəşrindən Tom Uorren yazır ki, "iPad" planşeti üçün "Edge" brauzeri yaxşı işləyir. Brauzerin interfeysi böyük ekran üçün optimallaşdırılıb, istifadəçilər işıqlı tərtibatdan tünd tərtibata keçə bilərlər, həmçinin fərdi kompüterdə brauzerdə qaldığınız yerdən baxışı davam etdirmək imkanı mövcuddur.

Lakin ABŞ şirkəti ikiyə bölünmüş ekran dəstəyini reallaşdırmayıb, ona görə hələ ki başqa mobil tətbiqlərdən istifadə ilə yanaşı, saytlara baxmaq mümkün deyil. Həmçinin hələ ki "Edge" brauzerinin kompüter və "iOS" versiyaları arasında vərəqlərin sinxronlaşdırılması dəstəklənmir. Yaxın aylar ərzində "iPad" üçün sözügedən brauzerin sabit versiyasının çıxarılması gözlənilir.

Xatırladaq ki, "Edge" brauzeri "iPhone" smartfonlarında ötən ilin noyabrında əlçatan olub.

Emil Hüseynov






19/03/18    Çap et