Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” xidməti “Apple Watch” saatlarında əlçatmaz olacaq


"Instagram" servisi "Apple Watch" smart saatlarında öz dəstəyini dayandırır. Bu haqda şirkətin nümayəndələri məlumat veriblər. ABŞ şirkətinin "ağıllı" saatlarında sözügedən servisin populyarlığı çox aşağıdır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, "Instagram" sosial şəbəkəsi növbəti yeniləmədən sonra artıq "Apple Watch" smart saatlarında işləməyəcək. "Apple" istifadəçiləri yalnız "iPhone", "iPad" və ya "Mac" qurğuları vasitəsilə "Instagram" servisindən istifadə edə biləcəklər.
 
Emil Hüseynov






03/04/18    Çap et