Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” foto və videoları saxlamağa imkan verəcək


“Instagram” sosial şəbəkəsi foto və videoları saxlamağa imkan verəcək yeni alət təqdim edəcək. Xatırladaq ki, indi “Instagram”da yerləşdirilmiş media faylları yalnız ekran görüntüsü kimi saxlamaq mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, tezliklə ABŞ-da qüvvəyə minəcək fərdi məlumatlar haqda qanun şirkətləri istifadəçilərə öz məlumatlarını yadda saxlamaq və yenidən istifadə etmək imkanı yaratmağa məcbur edəcək. Həmçinin indi sosial şəbəkə istifadəçinin sorğusu üzrə məzmunu silməli olacaq.
 
Emil Hüseynov






13/04/18    Çap et