Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində yeni funksiya əlçatan olacaq


“WhatsApp” messencerinin istifadəçiləri silinmiş fayllarını 2 ay ərzində bərpa etmək imkanı əldə edəcəklər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, sözügedən messencerin proqramçıları yeni funksiyanı sınaqdan keçirirlər: şəkil, video, sənəd və istifadəçilərin səsli mesajları serverdə saxlanılacaq. Multimedia fayllarını telefondan sildikdən sonra onları 2 ay ərzində bərpa etmək mümkün olacaq.
 
Əvvəllər multimedia faylları 30 gündən sonra avtomatik silinirdi.
 
Emil Hüseynov






17/04/18    Çap et