Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Demək olar ki, heç bir şirkət "beşinci nəsil" kiberhücumlarına qarşı hazır deyil


İnformasiya təhlükəsizliyinin təmini üzrə həllərin istehsalçısı olan “Check Point Software Technologies” şirkəti müxtəlif sahələri təmsil edən şirkətlərin üzləşdiyi kibertəhdidlərə həsr edilmiş “2018 Security Report” adlı hesabatını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, dünyada fəaliyyət göstərən təşkilatların 97%-i çoxvektorlu, genişmiqyaslı və sürətlə yayılan "Beşinci nəsil" (“Gen V”) hücumlarına qarşı hazır deyillər. İnformasiya təhlükəsizliyi üzrə direktorların 77%-i təşkilatların belə müasir kiberhücumlara qarşı hazır olmamasından və şirkətlərin təhlükəsizlik infrastrukturlarının köhnəlməsindən narahat olduqlarını bildiriblər.
 
"Gen V kiberhücumları daha tez-tez olur – “Enterprise Strategy Group” şirkətinin kibertəhlükəsizlik üzrə baş analitiki və qrupun rəhbəri Duq Kaxil deyib. Tibbi müəssisələr, dövlət xidmətləri, böyük korporasiyalar və sairə risk altındadır. Bu gün şirkətlərin 97%-i “Gen V” kiberhücumlarına qarşı mübarizə apara bilən həllərə malik deyillər və bunu aradan qaldırmaq lazımdır".
 
“2018 Security Report” adlı hesabata əsasən, rəsmi mağazalar vasitəsilə yayılan 300-dən çox mobil proqram zərərverici koda malikdir. “Check Point” mütəxəssisləri, həmçinin qeyd edirlər ki, “bulud”dan gələn təhdidlərin sayı,  kriptomaynerlərin hücumları, “macOS” və “IoT” qurğularının boşluqları artmağa davam edir.
 
Emil Hüseynov






17/04/18    Çap et