Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Internet” adlı mobil brauzer təqdim edilib


“Amazon” şirkəti “Internet” adlı mobil brauzerini təqdim edib. Proqramçılar əmin edirlər ki, “Internet” mobil brauzeri az sayda məlumatdan istifadə edir və yadda saxlayır, az yer tutur və internetə çıxış sürəti zəif olan qoşulmalar üçün optimallaşdırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni mobil brauzer hələ martda təqdim edilib, amma uzun müddət nəzərdən kənarda qalıb. Sözügedən mobil brauzeri “Google Play” mağazasından yükləmək mümkündür. Hələ ki “Internet” mobil brauzeri Hindistanda yalnız “Android 5.0” və ondan yuxarı versiyaların idarəetməsi altında işləyən qurğularda əlçatandır.

Mobil proqram məxfi rejimə malikdir, yəni ki daxilolmaların tarixçəsi qeydə alınmır, əsas səhifədə isə kriket idman növü ilə bağlı xəbərlər göstərilir. "Internet mobil brauzeri əlavə icazələr sorğulamır və ya başqa brauzerlər kimi fərdi məlumatları toplamır" – proqramın təsvirində belə deyilir.

Emil Hüseynov






19/04/18    Çap et