Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntellektual” dayanacaqların sayı artır


Bakıda müasir intellektual idarəetmə sistemi ilə təchiz edilən dayanacaqlar qurulur. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, nazirliyin müəyyən etdiyi dayanacaqların quraşdırılması ilə Bakı şəhər İcra Hakimiyyəti məşğul olur.

Artıq 500-dən çox belə dayanacaqlar quraşdırılıb. Təyinat yeri müəyyənləşdirilən və qurulan dayanacaqların intellektual idarəetmə sisteminə cavab verməsi üçün monitorlar qurulub.

Verilən məlumatda bildirilir ki, yeni dayanacaqlar şəffaf plastik materialdan hazırlanıb. Onun iç tərəfində yuxarı hissədə informasiya köşkü (monitor) yerləşdirilib.

Optik kabellərlə nəqliyyatın intellektual idarəetmə sisteminə birləşən bu tablolarda avtobusların qrafikası, interval fərqləri, hərəkət sxemləri, yaxınlıqdakı digər dayanacaqlar, keçidlər və s. öz əksini tapacaq. Qeyd edək ki, yeni dayanacaqlar şəbəkəsi mərkəzləşdirilmiş informasiya bloku əsasında fəaliyyət göstərəcək.




21/10/11    Çap et