Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq “Ocosmos OCS9 Windows” planşetini sifariş etmək olar


Noyabr ayının sonunda “İntel Oak Trail” aparat platformasında “Ocosmos OCS9” planşet kompyuterinin tədarükləri başlanacaq.

Qurğunun "ürəyi” 1 nüvə və inteqrasiya edilmiş “GMA 600” qrafik kontrolleri ilə olan 1.5 QHz takt tezlikli “Atom Z670” prosessorudur. Əməli yaddaş tutumu 2 QB təşkil edir; sensor ekranın ölçüsü 10,1 düymdür (1280×800 nöqtə).

Planşet “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 3.0” kontrolleri, “GPS” naviqasiya sistemi qəbuledicisi, 1,3 meqapiksel matrislə ön kamera, “MicroSD” slotu və 2 ədəd “USB 2.0” portu ilə təchiz edilib.

“3650 мА∙h” tutumlu akkumulyator batareyası ilə avtonom iş müddəti 6 saata çatır. Kompyuterin ölçüləri 267×173×11,9 millimetrdir. “Ocosmos OCS9” planşeti 32 bitlik “Windows 7 Home Premium” əməliyyat sistemi ilə işləyir.




21/10/11    Çap et