Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Disney” virtual qucaqlaşmaq üçün gödəkcə təqdim edib


“Disney Research”in mühəndisləri “MIT Media Lab”ın mühəndisləri və Karneqi Mellon Universitetinin alimləri ilə birgə istifadəçiyə virtual dünyanın fiziki təsirini yaşadan “Force Jacket” adlı gödəkcə konseptini təqdim ediblər. Bu, reallığı daha da yüksəltməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “rb.ru” saytına istinadən yazır ki, 2,25 kq ağırlığında olan gödəkcə klapan və vibromühərrikləri olan 26 hava döşəkcəsindən ibarətdir.
Mühərriklər ekranda göstərilən təsvirdən asılı olaraq hava döşəkcəsinə hava doldurur, yaxud havanı boşaldır, həmçinin bəzi anlarda vibrasiyanı qoşurlar. Bu qucaqlaşma, zərbə və silkələnmə effekti yaratmağa imkan verir.
 
Xüsusi proqram redaktorunda kostyumun parametrlərinə nəzarət etmək və onu dəyişdirmək olar. İstehsalçılar, həmçinin kostyumu yoxlamaq üçün 3 virtual reallıq proqramı əlavə ediblər.
 
Gödəkcənin kommersiya istifadəsi haqda hələ ki bir söz deyilməyib.
 
 
Emil Hüseynov







27/04/18    Çap et