Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Telecom World 2011" sərgisində Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması təqdim olunacaq


24-27 oktyabrda Cenevrədə keçiriləcək "ITU Telecom World - 2011" beynəlxalq sərgi və forumunda Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar görülən işlər təqdim olunacaq.

Azərbaycanın Milli pavilyonunda Təhsil Nazirliyinin "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirən layihələri nümayiş etdiriləcək.

Milli pavilyonun ziyarətçiləri Azərbaycan təhsil şəbəkəsi (AzEduNet), pedaqoji kadrların İKT üzrə biliklərinin artırılması, elektron tədris resurslarının hazırlanması, Edu.az Milli Təhsil Portalı, "Elektron məktəb" pilot layihəsi, təhsilin idarə olunmasında informasiya texnologiyalarının tətbiqi, "Həmkara dəstək" və "1 şagird - 1 kompüter" layihələri haqqında geniş məlumat əldə edəcəklər.

Azərbaycanın Milli pavilyonu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil ediləcək.




22/10/11    Çap et