Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda futbol üzrə 2012-ci il dünya çempionatına biletlərin onlayn-satışı təşkil ediləcək


"CAT Brain Entertainment" şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) iticket.az elektron ticarət sisteminə qoşub. Bu barədə Trend-ə şirkətin direktoru Qüdrət Əliyev bildirib.

Əliyevin sözlərinə görə, bu, birbaşa olaraq iticket.az sistemi vasitəsilə AFFA tərəfindən həyata keçirilən oyunlar üçün biletlərin onlayn-satışının təşkil edilməsinə imkan verəcək.

"Biz Bakıda keçirilən Azərbaycan-Avstriya oyunu zamanı sistemi uğurla sınaqdan keçirdik və AFFA-nın keçirdiyi növbəti oyunlardan etibarən biletlərin satışı daimi əsasda həyata keçiriləcək", - o deyib.

Onun fikrincə, bu istiqamətdə işləri Azərbaycanda keçiriləcək 17 yaşlı qızlar arasında futbol üzrə 2012-ci il dünya çempionatına hazırlıq adlandırmaq olar. Bundan başqa, ilin sonuna qədər "CAT Brain Entertainment" bütün dövlət kassalarını elektron ticarət sisteminə qoşmaq fikrindədir.

Bu isə "Eurovision 2012" mahnı müsabiqəsinə biletlərin onlayn-satışının təşkil edilməsinə imkan yaradacaq. Hazırda elektron ticarət sistemində öz qeydiyyatından başqa, sistemin "Facebook", "V kontakte", "Google+", "Twitter", "Yandex" və "Mail.Ru" kimi sosial şəbəkələrə qoşulması işləri də başa çatdırılıb.

Bu adıçəkilən sosial şəbəkələrdə qeydiyyatdan keçən istifadəçilərə bu şəbəkələrin internet-resursları vasitəsilə biletləri əldə etməyə imkan verəcək.

Ödənişlər beynəlxalq ödəniş sistemləri "Visa International" və "Master Card" vasitəsilə həyata keçiriləcək. İlin sonuna qədər isə ödənişi "WebMoney" və "PayPa" sistemləri vasitəsilə də həyata keçirmək mümkün olacaq.




22/10/11    Çap et