Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” təhqirləri bloklayacaq


“Instagram” sosial şəbəkəsində istifadəyə verilmiş xüsusi filtr istifadəçi şəkillərinin altında yazılmış təhqirləri bloklayacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “yugopolis.ru” saytına istinadən yazır ki, şirkətin meneceri Kevin Sistrom izah edib ki, yenilik sosial şəbəkənin çoxsaylı təhqirlərdən şikayət edən istifadəçilərə önəm verdiyini göstərir.
 
Funksiya başlanğıc ayar kimi aktivləşdiriləcək və sazlamalardan onu deaktiv etmək olar.
 
Emil Hüseynov






03/05/18    Çap et