Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Orange”: “Windows Phone” platformasının taleyi tamamilə “Nokia”dan asılıdır


Dünyanın ən böyük mobil operatorlarından biri olan “Orange” şirkəti hesab edir ki, “Windows Phone” əməliyyat sisteminin taleyi tamamilə “Nokia”dan asılıdır.

“Microsoft” korporasiyasının mobil platforması hələ ki “Android”, “iOS” və “BlackBerry” platformalarından əhəmiyyətli dərəcədə geri qalır, “Orange” şirkətinin vitse-prezidenti İv Maytre “CNET”-ə müsahibəsində bildirib. "Düzünü desək, “Windows Phone” bizim gözlədiyimiz kimi o qədər müvəffəqiyyətli olmadı” - o qeyd edib.

“Orange” nümayəndəsinin sözlərinə əsasən, istehlakçılar sadəcə “Nokia” şirkətinin “WP” smartfonları nə vaxt təqdim edəcəyini gözləyirlər. Bir çoxları əmindirlər ki, fin telefonuna malik olmaq, - “Mercedes Benz” sürmək kimi bir şeydir.




22/10/11    Çap et