Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play Music” servisinin fəaliyyəti dayandırılacaq


ABŞ-ın “Google” şirkəti “Google Play Music” servisinin fəaliyyətini dayandıraraq onu yeni “YouTube Remix” xidməti ilə əvəzləməyi planlaşdırır. Onun “Spotify” xidmətinə bənzər axınlı servis olacağı bildirilir. Dəyişikliklərin cari ilin sonunadək baş verəcəyi gözlənilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, yeni “YouTube Remix” platforması və “Google” şirkətinin “Google Play Music” servisini bağlamaqla bağlı planları barədə informasiya 2017-ci ilin sonunda yayılmağa başlayıb. Lakin o vaxt informasiya təsdiqini tapmayıb və şayiələr səviyyəsində olub. Şəbəkə mənbələri və insayderlər yeni proqramın istifadəçilərin sorğusuna görə musiqini dinləməyə imkan verəcəyini bildiriblər. Bundan başqa, yeni platforma istifadəçilərə mahnıları dinləməklə yanaşı, onların musiqili kliplərinə baxmağa şərait yaradacaq.
 
Əksər mütəxəssislər “YouTube Remix” servisinin bu ilin əvvəlində istifadəyə veriləcəyini hesab etsə də, bu baş verməyib.  
 
“YouTube” servisinin musiqi bölməsinin rəhbəri Lior Koen “YouTube Remix” barədə ətraflı məlumat verərək söhbətin “Google Play Music” kimi kontekst server təqdim edən servisdən getdiyini vurğulayıb.
 
Nizam Nuriyev
 





07/05/18    Çap et