Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo”nun data mərkəzlər üzrə vitse-prezidenti “Apple” şirkətinə keçib


“Yahoo”da uzun müddət data mərkəzlərin idarəsinə rəhbərlik etmiş Skott Noutbum “Apple” şirkətinə keçib.

Bu barədə “LinkedIn” sosial şəbəkəsində onun profilində qeyd olunub. Noutbumun “Apple” şirkətində hansı vəzifəni tutacağı hələlik məlum deyil. Skott Noutbum “Yahoo“da 2005-ci ildən bəri data mərkəzlərin idarə edilməsi və əməliyyatlar üzrə vitse-prezident mövqeyində işləyib.

Analitiklər qeyd ediblər ki, bu təyinat “Apple” şirkətinin “bulud” xidmətləri sahəsində öz mövcudluğunun genişlənməsi strategiyasını əks etdirir, belə ki, elektronika istehsalçısı öz data mərkəzlərinin gücünü əhəmiyyətli dərəcədə artırmalı olacaq.




24/10/11    Çap et