Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellekt sisteminə malik “Xiaomo AI Camera” adlı kamera satışa çıxarılıb


Hələ cari ilin martında “Xiaomi” şirkəti süni intellektə malik “Xiaomo AI Camera” adlı yığcam kamerasını təqdim etmişdi.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, qurğu yalnız indi satışa çıxarılıb və yekun qiyməti 399 yuan ($62) təşkil edir.
 
Xatırladaq ki, “Xiaomo AI Camera” intuitiv və intellektual kameradır, jest və insan mimikasının köməyi ilə çəkiliş prosesini idarə etməyə imkan verir.
 
Kamera istifadəçilərə onu istənilən metal səthdə yerləşdirməyə imkan verən maqnitlə təchiz edilib. Həmçinin tədarük dəstinə daxil olan xüsusi bərkidicinin köməyi ilə sözügedən kameranı istənilən divar, şüşə və ya hətta ağaca bərkitmək mümkündür.
 
“Small Silent AI Camera” avtomatik faza fokuslamasını dəstəkləyən 13 meqapiksellik “Samsung BSI” datçiki, 1,35 QHs takt tezlikli 4 nüvəli prosessor, 8 QB daxili yaddaş, “microSD” formatlı kart dəstəyi, 910 milliamper/saat tutumunda akkumulyatora malikdir. Cihazın ölçüləri 47x47x27 mm, çəkisi 65 qr-dır.
 
Kamera “Smart Beauty 3.0” texnologiyasını dəstəkləyir. Bu texnologiya  süni intellekt sistemi nöqteyi-nəzərindən sifəti daha yaraşıqlı etməyə imkan verir. Qurğu dərinin tonunu düzəldə və başqa çatışmazlıqları gizlədə bilir.
 
Emil Hüseynov




11/05/18    Çap et