Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sistemli ən populyar smartfon hansıdır?


“Counterpoint Research” analitik şirkəti martın nəticələrinə görə Çinin “Xiaomi” şirkətinin “Redmi 5A” smartfonunun brend tarixində ilk dəfə “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən dünyanın ən populyar modeli olmasını açıqlayıb. Qurğunun ümumi bazar payı 1,8 faiz təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, ümumi hesabatda isə “Xiaomi Redmi 5A” populyarlığına görə iki “Apple” modelindən (bazar payı müvafiq olaraq 3,5 və 2,3 faiz təşkil edən iPhone X və iPhone 8 Plus) geri qalaraq üçüncü olub. Dördüncü pillədə “Oppo A83” smartfonu qərarlaşıb. Sonrakı mövqedə “Samsung Galaxy S9” və “S9 Plus” modelləri yer alıb.

Liderlər onluğuna, həmçinin “Samsung” şirkətinin daha bir qurğusu – “Galaxy J7 Pro” və “Apple” istehsalçısının iki smartfonu – “iPhone 8” və “iPhone 6” daxildir.

Nizam Nuriyev






21/05/18    Çap et