Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Eşitmə qüsurlu insanlar üçün sosial şəbəkələrdə ünsiyyət vasitəsi kəşf edilib


ABŞ-ın Corciya Dövlət Universitetinin mühəndisləri internetdə jestlərlə ünsiyyətə imkan verə “Fingerping” üzüyünün prototipini təqdim ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, texnologiyanın ilkin hazırlanma mərhələsində qurğu baş barmağa taxılan xüsusi ötürücü şəklindədir. O, məkanda biləyin və barmaqların vəziyyətini müəyyənləşdirən sensorlarla təchiz edilib. Bunun sayəsində qurğu insanın jestlər dilində nəyi ifadə etdiyini oxuya bilir. Buna uyğun olaraq istifadəçinin bütün informasiyası əvvəlcə kompüterə, sonra internetə ötürülür.

Qurğu yaradıcısı Çen Çjan bildirib ki, “Fingerping” eşitmə qüsurlu insanlar üçün rahat ünsiyyət vasitəsindən istifadəyə kömək edəcək. Həmçinin qurğu fiziki baxımdan klaviaturada mətni yığmaqda çətinliklərlə üzləşən artrit xəstəliyindən əziyyət çəkən insanlar üçün faydalı olacaq.

Hazırda prototip şəklində mövcud olan “Fingerping” qurğusunun satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Nizam Nuriyev
 







22/05/18    Çap et