Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robotlar dünyanın ən kiçik evini tikiblər


Fransa alimləri 300 х 300 mikrometr ölçüsündə miniatür ev modeli yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Fontanka” resursuna istinadən yazır ki, dünyanın ən miniatür evinin inşası üçün “μROBOTEX” sistemindən istifadə olunub. Ev üçün şablon 1,2 mikrometr qalınlığında silisium lövhədən ibarət ion dəstəsi vasitəsilə kəsilib. Daha sonra elastik şəkildə olduğu kimi, yastı təbəqədən həcmli divarlar tikilib. Tikinti vakuum-kamerada aparılıb, proses mikroskop vasitəsilə izlənilib.

Məlumata görə, texnologiyanın, məsələn, tibdə - qan damar xəstəliklərinin müalicəsində tətbiqi nəzərdə tutulur.

Bundan başqa, belə kəşflərin nanoölçülü detektorlara malik nazik lif tellərdən istifadə etməklə müşahidələr və ölçmə üçün foton ötürücülü mikroskopik sistemlərin yaradılmasına zəmin yaradacağı gözlənilir. Bu, fiziklərdən tutmuş, bioloqlaradək mikrodünya ilə əlaqəsi olan bütün insanların işini köklü şəkildə dəyişə bilər.

Nizam Nuriyev






22/05/18    Çap et