Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram”da paylaşımları lentdən gizlətməyə imkan verən düymə əlçatan olub


“Instagram” sosial şəbəkəsində paylaşımları lentdən gizlətməyə imkan verən düymə təqdim edilib. Bu halda sizin tərəfinizdən gizlədilmiş hesab sahiblərinə heç bir xəbərdarlıq edilməyəcək. Bu haqda informasiya sosial şəbəkənin rəsmi bloqunda dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, beləliklə, indi abunəçilikdən çıxmadan istifadəçilərin şəkil və tarixçələrini gizlətmək olar.

Yeni funksiyadan istifadə etmək üçün istifadəçinin profilində və ya onun fotosunda "…" nişanına sıxmaq lazımdır.

Emil Hüseynov






23/05/18    Çap et