Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ölkədə sosial şəbəkələrdən istifadəyə görə vergi tətbiq edilib


Uqanda parlamenti tərəfindən qəbul edilmiş qanun "Facebook", "WhatsApp", "Viber" və "Twitter" kimi servislərdən istifadəyə görə gündəlik 200 Uqanda şillinqi (0,05 dollar) məbləğində vergi tətbiqini nəzərdə tutur. Bu haqda "BBC" məlumat yayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, Uqanda prezidenti Yoveri Kaquta Museveni belə hesab edir ki, bu üsulla internetdə "yalanın yayılmasını dayandırmaq" mümkün olacaq.

Sözügedən qanun, həmçinin başqa vergilərin (məsələn, bütün mobil əməliyyatlardan əldə edilmiş məbləğin 1%-i) tətbiqini nəzərdə tutur.

Uqandanın maliyyə naziri Matia Kasayya deyib ki, yeni qanun internetdən istifadəni əsla məhdudlaşdırmır.

Emil Hüseynov






01/06/18    Çap et