Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“macOS Mojave” əməliyyat sistemi təqdim olunub


“Apple” korporasiyası yeni “macOS” sistemini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, bu əməliyyat sistemi ABŞ-ın cənub-qərbində yerləşən Moxave səhrasının şərəfinə “Mojave” adlandırılıb. Bu barədə “WWDC” illik konfransının  təqdimatında ABŞ şirkətinin proqram təminatının hazırlanması üzrə böyük vitse-prezidenti Kreyq Federiqi məlumat verib.

Şirkətin nümayəndələri təqdim edilmiş ƏS-nin yenilikləri barədə məlumat veriblər. Məsələn, yeni sistemdə qara interfeysli gecə mövzusu, faylların tiplər üzrə avtomatik çeşidlənməsi və ekrandan video çəkilişinin yenilənmiş funksiyası əlçatan olacaq.

Həmçinin tərtibatçılar kompüterin smartfonla sinxronlaşdırılmasını təkmilləşdiriblər.

Emil Hüseynov






05/06/18    Çap et