Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat və rabitə sahəsi üzrə çalışanların övladları üçün güzəştli yay düşərgəsi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Hökumət Təlim-Tədris Mərkəzi nəqliyyat və rabitə sahəsi üzrə çalışanların övladları üçün güzəştli yay düşərgəsi təşkil edir.
 
Belə ki, “TEXNO” yay düşərgəsinə övladlarını qeydiyyatdan keçirənlər 50% endirim qazanacaq.
 
Düşərgələr “Texno Kamp”, “Myvideo Kamp” və “İKT-yə qoşul” olmaqla üç tematik istiqamət üzrə keçiriləcək.
 
“Texno Kamp” düşərgəsinin proqramı: https://goo.gl/djJiUy
 
“Myvideo Kamp” düşərgəsinin proqramı: https://goo.gl/j716FG
 
“İKT-yə qoşul” düşərgəsinin proqramı: https://goo.gl/NaaGAE
 
Düşərgələrin iştirakçıları “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC-nin, “KATV1” və “Cisco” şirkətlərinin sertifikatlarını əldə edəcəklər.
 
Qeydiyyat: https://goo.gl/m1haqn
 
Ətraflı məlumat üçün telefon nömrələri: (012) 127;  (012) 505 01 13; (077) 505 01 13.






05/06/18    Çap et