Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

May ayının ən güclü smartfonu bəlli olub


“OnePlus”, “Smartisan” və “Xiaomi” may ayının ən məhsuldar smartfonları elan edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu”  proqramının tərtibatçıları may ayı üzrə ən məhsuldar “Android” smartfonları müəyyənləşdiriblər. “OnePlus” smartfonu birinci yerdə qərarlaşıb.

274910 bal toplamış “OnePlus 6” smartfonu ən yaxşı nəticə göstərib. Əksər istifadəçiyə tanış olmayan “Smartisan R1” smartfonu ikinci yeri tutub. Qeyd edək ki, bu smartfon həm də 1 TB-lıq yaddaşa malik ilk aparatdır. “Xiaomi Black Shark” oyun smartfonu ən məhsuldar cihazların üçlüyündə yerləşib.

İlk beşlikdə, həmçinin “Galaxy S9” və “S9+” smartfonları qərarlaşıb. 210 mindən çox bal toplamış “Honor V10” aparatı ən yaxşı 10 cihaz arasında yer alıb.

Emil Hüseynov






06/06/18    Çap et