Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni robot rəssam divar üzərində rəsmlər çəkir


Massaçusets Texnologiya İnstitutunun mütəxəssisi Karlo Ratti divar üzərində rəsmlər çəkən robot yaradıb. İnternetə qoşulan robot istənilən səth üzərində şəkil çəkə və onu poza bilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, bu il Milanda dizayn həftəsində təqdim olunan miniatür “Scribit” robotu vertikal səth üzərində şəkil çəkir və mətnlər yazır. Qurğunun beş dəqiqəyə quraşdırılması üçün iki bərkidici və enerji mənbəyi tələb olunur. Robot hərəkət, şəkil çəkmək, silmək və bir neçə dəfə təkrar çəkmək üçün quraşdırılmış mexanizmlərdən istifadə edir. “Scribit” internetdən rəsm nümunələri və proqram yenilənmələri yükləyir. “Kickstarter” platformasında istifadəyə verilən layihə hazırda 199 dollara satışa çıxarılıb. Qurğu yaradıcısının sözlərinə görə, layihə uğurlu olacağı təqdirdə kütləvi istehsala bu ilin dekabrında başlamaq planlaşdırılır.

Qurğu müxtəlif sahələrdə tətbiq oluna bilər: restoran gündəlik menyunu, ofis işçiləri gündəlik iş planını divarda yaza, incəsənət həvəskarları isə divarları məşhur rəssamların şəkilləri ilə bəzəyə biləcəklər.

Nizam Nuriyev
 
https://www.youtube.com/watch?time_continue=82&v=0ZrzQYzWq68






12/06/18    Çap et