Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WordPress.com”-da tezliklə kontekst reklam olacaq


“WordPress.com”-da bloq müəllifləri tezliklə öz saytlarında reklam yerləşdirə biləcəklər. Bu, “WordPress.com” sahibi ilə “Automattic” və “Federated Media” şirkəti arasında bağlanmış saziş sayəsində mümkün olub.

San-Fransiskoda “Web 2.0” sammitində elan edilmiş əməkdaşlıq “WordPress.com”-da tematik bloqlarda kontekst reklamının yerləşdirilməsini nəzərdə tutur.

Hal-hazırda, məlum olduğu kimi, “WordPress.com”-da kontekst reklamının yerləşdirilməsi qadağandır. Hal-hazırda internetdə təxminən 15% sayt “WordPress CMS”-də işləyir. Hələ keçən il bu CMS-in payı 9% təşkil edib.




25/10/11    Çap et