Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” xidmətində qrup videoçatları funksiyası istifadəyə verilib


“Instagram” foto xidmətinin komandası qrup videoçatları funksiyasını təqdim edib. Funksiya artıq istifadəçilər arasında yayılmağa başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, yeni funksiya “Direct” birbaşa ünsiyyət bölməsində əlçatandır. İstifadəçi ilə çat pəncərəsini və ya qrup çatlarını açdıqdan sonra yuxarı sağ küncdə yerləşən videoçat ikonkasına sıxmaq lazımdır. 5 iştirakçı dəstəklənir. Videonun ölçüsünü minimallaşdıraraq əsas lentə baxmaq olar.

“Instagram”ın komandası, həmçinin “Explore” bölməsini yeniləyib: indi istifadəçinin maraqlarına uyğun gələn foto və videolar tövsiyə olunur.

Emil Hüseynov






28/06/18    Çap et