Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xəzər dənizi üzərindən poçt mübadiləsi aparılmayacaq


Rusiya ilə nəzərdə tutulan poçt mübadiləsi baş tutmayıb. Buna səbəb qarşı tərəfin əməliyyatın qatarla aparılması təklifini irəli sürməsidir.
Bu barədə məlumat verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov Xəzər dənizi vasitəsilə bərə keçidi ilə tarixi İpək Yolu üzərində yerləşən ölkələrlə poçt mübadiləsi məsələsinin gündəmdə olmadığını qeyd edib. Sektor müdiri Gürcüstanla Azərbaycan arasında bir müddət aparılmış yerüstü mübadilə məsələsinin yenidən bərpa edilməsinə Gürcüstan poçt operatorunda idarəetmə islahatlarının başa çatmasından sonra baxılmasını mümkün hesab edib.
Qeyd edək ki, hazırda Azərbaycan yalnız İranla yerüstü poçt mübadiləsi həyata keçirir.




17/06/11    Çap et