Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

CEFF BEZOS - İnternet vasitəsilə kitabların satışını ağılsızlıq adlandırdığı halda dünyanın ən varlı insanına çevrilib


Doğum tarixi və yeri: 1964-cü il, 12 yanvar, ABŞ, Nyu-Meksiko, Albukerke Təhsili: Prinston Universiteti Fəaliyyət növü: Biznes Vəzifəsi: “Amazon.com”-un rəhbəri, baş icraçı direktoru Ceff Bezos 1964-cü il, yanvarın 12-də anadan olub. Valideynlərinin evliliyi bir ildən artıq davam etməyib. Ceff doğulandan sonra boşanıblar. 5 yaşı olarkən anası ABŞ-a təhsil almağa gələn kubalı Migel Bezos ilə ailə qurub.

Bezos ögey atasının soyadını daşıyır. O, uşaqlıqdan texniki elmlərə maraq göstərib, iti zəkaya və güclü yaddaşa malik olub. Onda mühəndis-konstruktor istedadı var idi. Altı yaşı olarkən o, siqnalizasiya və buterbrod hazırlamaq üçün folqadan və çətirdən "günəş mikrodalğalı soba" düzəldir.

Ceff gənc yaşlarında olarkən ailəsi Mayamiyə köçür. Prinston Universitetində elektron mühəndisliyi üzrə təhsil alır. Universiteti bitirənə yaxın, Ceff proqramçı işləməyə başlayır. O, “Wall Street”, “Fitel”, “Bankers Trust” və “Shaw” şirkətlərində çalışıb.

O, bir onlayn mağaza yaratmaq arzusunda idi. Ancaq bu layihə üçün maliyyə lazım idi. Ceff onun layihəsi ciddi qarşılanmadığından investor tapa bilmirdi. Yalnız valideynləri ona görə risk etmiş oldular. Beş il sonra Bezos artıq dünyanın zəngin insanlarından biri idi.

Bezos işə başlamamışdan öncə satış bazarını analiz edir və bu qənaətə gəlir ki, poçt vasitəsilə satılan mallar arasında kitabların satışı zamanı kiçik tələbatdan istifadə edilir. Çünki böyük kataloqları göndərmək baha başa gəlirdi. Bu tip informasiyaları internetdə yerləşdirərək asanlıqla geniş auditoriyaya çatdırmaq mükəmməl bir iş idi.

1994-cü ildə şəxsi şirkətini – “Amazon.com”-u təsis edir. Onda Ceff öz qərarını belə xarakterizə edir: "Mən həqiqətən bu ağılsızlığı etməyə hazırlaşıram. Mən internet vasitəsilə kitabların satışıyla məşğul olacaq şirkətin əsasını qoymaq niyyətindəyəm".

Qısa zaman ərzində “Amazon.com” artıq ABŞ-ın “Barnes & Noble” kimi ən böyük ənənəvi kitab satışı şirkətiylə müvəffəqiyyətlə rəqabət aparırdı. Buna görə “Barnes & Noble” şəxsi internet mağazaları açır.

1999-cu ildə “Amazon.com”-un satış həcmi 8 milyard dollara çatdı. Həmin il "The Times" jurnalı onu “ilin adamı” adlandırıb.

Hal-hazırda “Amazon.com” xidməti malların 34 kateqoriyasını əhatə edir: elektron kitablar, multimedia məhsulları, məişət elektronikası, uşaq oyuncaqları, qida məhsulları, idman malları və bir çox başqa məhsullar.

Şirkət ABŞ xaricində internet-ticarət bazarlarına ekspansiyanı aparır: Böyük Britaniyada, Almaniyada, Yaponiyada, Fransada, İtaliyada və Çində “Amazon” markasının milli klonları mövcuddur.

İnternet mağazasının saytında alıcılar alınmış mallar haqqında cavabları qoya və onları qiymətləndirə bilərlər. Bu da digər müştərilərə keyfiyyətli məhsulları seçməyə kömək edir.

Bundan əlavə, məhsul haqda ekspertlərdən məsləhət almaq mümkündür. Xəbərlərə abunə olan müştərilərə maraqlandıqları məhsullar barədə son informasiyaları mütəmadi olaraq göndərirlər.

“Amazon.com”-un mənzil-qərargahı Vaşinqton ştatının Sietl şəhərində yerləşir. Hazırda dünyada 20 mindən artıq işçisi var.

Ancaq Ceff Bezos bu uğurlarla kifayətlənmir. XXI əsrin başlanğıcında o, yeni şirkət yaradıb: “Blue Origin”. Şirkət zamanla kosmik nəqliyyat vasitələrinin və texnologiyaların hazırlanması ilə məşğul olur.

“Forbes” jurnalının ABŞ-ın 400 ən varlı insanı siyahısının son versiyasına görə, Ceff Bezos 19,1 milyard dollar kapitalı ilə 13-cü yerdə qərar tutub.




25/10/11    Çap et