Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon”un mənfəəti azalıb


“Amazon” şirkəti cari ilin üçüncü rübü üzrə maliyyə hesabatını dərc edib. Şirkətin əməliyyat mədaxili 79 milyona kimi azalıb. Qeyd edək ki, 2010-cu ilin üçüncü rübündə bu göstərici 268 milyon olub. Xalis mənfəət 73% azalaraq 63 milyon dollar olub. 1 il əvvəl bu göstərici 231 milyon olub.

Analitiklərin sözlərinə əsasən, “Amazon”un mədaxilinin aşağı düşməsinə səbəb şirkətin aktiv xərcləridir. Belə ki, yeni anbarların tikintisinə, data mərkəzlərə və bir sıra yeni xidmətlərin işə salınmasına çəkilmiş xərclərdən söhbət gedir. Bundan başqa, şirkət tərəfindən yeni qurğunun – “Kindle Fire” planşetinin istehsalına xeyli vəsait xərclənib.




26/10/11    Çap et