Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” əməliyyat sisteminin “ölüm tarixi” açıqlanıb


Hazırda dünyada satılan smartfonların 75%-i "Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. "Google" şirkəti bu mobil əməliyyat sistemi üzərində hüquqa sahib olsa da, ancaq bütün telefon istehsalçıları bu platformadan ödənişsiz və heç bir öhdəlik olmadan istifadə edə bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "unian.net" saytına istinadən yazır ki, lakin axtarış nəhəngi bu proqram təminatının "ölüm tarixi"ni açıqlayıb.
 
KİV-in məlumatına görə, bu günlərdə "Google" tərəfindən keçirilmiş müşavirədə "Android" əməliyyat sisteminin taleyi həll edilib. Məlum olub  ki, üzərində 2 ildən çox iş aparılan "Fuchsia OS" platforması yaxın gələcəkdə bütün smartfon, planşet, kompüter, televizor və istənilən başqa cihaza "Android"in əvəzinə quraşdırılacaq.
 
"Google"un rəhbərliyi bildirib ki, "Fuchsia OS" perspektivli layihədir. Məhz bu əməliyyat sistemi yaxın gələcəkdə artıq köhnəlmiş "Android" sistemini əvəz edəcək. Axtarış nəhəngi yaxın 3 ildə yeni sistemin idarəetməsi altında işləyən "ağıllı" kolonka və noutbuklar təqdim edəcək, halbuki 5 il sonra, yəni 2023-cü ildə "Android" sistemindən tamamilə imtina ediləcək.
 
Emil Hüseynov





20/07/18    Çap et