Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” şirkəti elektron kitablar üçün yeni format təqdim edib


“Amazon” şirkəti elektron kitablar və növbəti nəsil jurnalları üçün “Kindle Format 8” (KF8) formatını elan edib. “HTML5” və “CSS3” kimi standartlara əsaslanan “KF8” formatı “Mobi 7” formatını əvəz edəcək. “Amazon” şirkətinin bəyanatına əsasən, “KF8” formatı naşirlərə 150-dən çox müxtəlif formatlaşdırma funksiyaları təqdim edəcək.

Yeni format elektron kitablarda zəngin qrafik tərtibatdan istifadə etmək imkanı yaradacaq. Bu, xüsusilə dərsliklər, komikslər, uşaq ədəbiyyatı, kulinariya nəşrləri və s. ilə bağlı faydalı olacaq. Lakin cari mərhələdə video və audionun dəstəklənməsi, heyif ki, nəzərdə tutulmayıb.

“KF8” formatında olan kitablar əvvəlcə 200 dollar qiymətinə olan “Kindle Fire Android” planşeti üçün təklif ediləcək. Bir neçə ay sonra “Kindle” riderlərinin son modelləri və portativ qurğular üçün formatın dəstəklənməsi təmin ediləcək.




26/10/11    Çap et