Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic” çox davamlı “Toughpad FZ-M1” planşetini təqdim edib


“Panasonic” şirkəti xüsusi xidmət orqanları, hərbi, nəqliyyat və fabrik işçiləri, başqa peşəkarlar üçün nəzərdə tutulmuş “Toughpad” planşet  xəttinə məxsus yeni modelini təqdim edib. “Windows” sisteminin idarəetməsi altında işləyən 7 düymlük “Toughpad FZ-M1 mk3” planşeti  yarım metr hündürlükdən yerə düşməyə, temperatur (– 10 +50-dək selsi dərəcə) təsirinə qarşı dayanıqlı, həmçinin “IP65” standartına uyğun olaraq su və toza qarşı davamlıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Panasonic”in müştəriləri qurğunu istənilən kimi konfiqurasiya edə bilərlər: ardıcıl port, LAN, NFC çip, ştrixkod skaneri, RFID nişanları və “ağıllı” kart oxuyucularını əlavə edə bilərlər. Aparatın çəkisi 540 qram, qalınlığı isə 18 mm təşkil edir.
 
 
“Toughpad FZ-M1 mk3” planşeti iki konfiqurasiyada təqdim ediləcək: 7-ci nəsil “Intel Core i5-7Y57 vPro” prosessoru ilə təchiz edilmiş standart və “Intel Celeron N4100” prosessoru ilə təchiz edilmiş ucuz model. Hər iki model cari ayın sonunda əlçatan olacaq. Qiymətləri dəqiq məlum deyil.
 
Planşet hər hansı sahədə tətbiq üçün uyğundur. Məsələn, dəqiq ölçmələr üçün planşetə “Intel RealSense” 3D kamerası inteqrasiya edilə bilər.
 
Emil Hüseynov





04/08/18    Çap et