Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə domen adlarının sayı 339,8 milyona çatıb


"VeriSign" şirkəti cari ilin ikinci rübünə olan vəziyyətə görə bütün yüksək səviyyəli domenlərdə təxminən 339,8 milyon domen adının qeydiyyatdan keçməsini açıqlayıb. Bu, 2018-ci ilin birinci rübü ilə müqayisədə təqribən 6,0 milyon və ya 1,8 faiz çoxdur. İllik hesablamada qeydiyyatdan keçən domenlərin sayında 7,9 milyon və ya 2,4 faiz artım qeydə alınıb.   
 
"ICTnews" Elektron Xəbər Xidməti "IGate www.igate.com.ua" resursuna istinadən yazır ki, qeydə alınan domen adlarının təxminən yarısı (149,7 milyon) ümumilikdə ".com" və ".net" domenlərinin payına düşür. Bu, ilin birinci yarısı ilə müqayisədə 1,4 milyon və ya 0,9 faiz çoxdur. İl ərzində domen adlarının qeydə alınmasında artım 5,3 milyon və ya 3,7 faiz təşkil edib.  
 
Bundan başqa, ".com" domenində 135,6 milyon, ".net" domenində isə 14,1 milyon ad qeydə alınıb. Rüb ərzində bu domenlərdə qeydiyyatdan keçən yeni adların sayı 9,9 milyona bərabər olub.  
 
Nizam Nuriyev





17/08/18    Çap et