Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

1 dollarlıq süni intellekt prosessoru təqdim edilib


Tayvan tədqiqatçılar qrupu mikrosxemlər hazırlayan şirkətin mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində dərin təlim texnologiyasından istifadə sayəsində təsvirlərin tanınması üçün xüsusi prosessor hazırlayıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ixbt.com" resursuna istinadən yazır ki, "Mipy" mikrosxeminin ideyası Tayvan Milli Pedaqoji Universitetinin elektrotexnika fakültəsinin 3 professoru tərəfindən irəli sürülüb və "AVSdsp" şirkətinin əməkdaşları tərəfindən reallaşdırılıb. "Mipy"nin bazarda mövcud olan ən kiçik və ucuz süni intellekt prosessoru olduğu iddia edilir. Bu, sözügedən prosessorun ev və avtomobil elektronikasında, polis üçün məhsullarda, reklam və təlim məhsullarında, sənaye avadanlığı və oyuncaqlarda kütləvi tətbiqinə imkan verir. "Mipy" prosessorunun qiyməti 1 dollar təşkil edir.
 
Emil Hüseynov





18/08/18    Çap et