Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi” ilə əlaqədar iclas keçirilib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi”nin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparılması ilə əlaqədar iclas keçirilib.
TQDK-dan bildirmişlər ki, müvafiq Əsasnaməyə uyğun olaraq TQDK tərəfindən Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi yaradılıb. Sistemə Azərbaycan Respublikası ali və orta ixtisas təhsili müəssisələri qoşulacaqlar. İclasda işçi stansiyalarda çalışacaq məsul şəxs və operatorların proqram təminatından səmərəli istifadə etməsi üçün treninqin keçirilməsi və təşkili məsələsi müzakirə olunmuş və cədvəl müəyyən edilib. Treninqlər TQDK-nın binasında müvafiq cədvəl üzrə keçiriləcəkdir.
Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və operatorları üçün treninqin cədvəli TQDK-nın internet saytında verilib.




28/10/11    Çap et