Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransa stasionar telefonlardan birdəfəlik imtina edir


Fransanın telefon rabitəsi operatoru “Orange” 2018-ci il noyabrın 15-dən  stasionar telefon rabitəsinə yeni abunəçilərin abunəliyinin dayandırılmasını rəsmən elan edib. Parisdə ilk telefon şəbəkəsinin yaradılmasından 139 il sonra Fransa kabel telefoniyası üçün stasionar rabitə xətlərinin istifadəsindən tədricən imtina mərhələsinə keçir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, ənənəvi telefon rabitəsindən istifadə edən fransalı istifadəçilər tezliklə öz abunə xətlərini internet-telefoniya ilə əvəz etməli olacaqlar. İndiki stasionar telefonlardan internet-telefoniyaya keçid bir neçə il ərzində həyata keçiriləcək.
 
Noyabrdan etibarən evdə telefon xətti qoşmaq istəyən “Orange” operatorunun bütün müştərilərinə internet-router vasitəsilə qoşulma təklif ediləcək. İnternet-telefoniyaya keçid prosesi 2023-cü ilədək tamamilə başa çatdırılmalıdır.
 
Emil Hüseynov






27/08/18    Çap et