Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube”da izlənmiş videolara sərf edilmiş vaxt göstərilməyə başlanılıb


Axtarış nəhəngi real həyat və internet arasında balansı qoruyub saxlamaq məqsədilə “YouTube” video hostinqində keçirilən vaxtı göstərməyə başlayıb. İndi izlənmiş videolara sərf edilən vaxtı öyrənmək mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “YouTube”da istifadəçinin hesab menyusuna əlavə edilmiş bölmədə izlənmiş videolara sərf olunan vaxt göstərilir.
 
Statistika jurnalı “YouTube” video hostinqində  bu gün, dünən və son 7  gün ərzində izlənmiş videolara sərf edilmiş vaxtı göstərir.
 
Emil Hüseynov






28/08/18    Çap et