Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən reytinqli axtarış sistemləri bəlli olub


2011-ci ilin sentyabr ayının nəticəsinə əsasən "Yandeks" axtarış sistemləri arasında emal edilmiş axtarış sorğularının sayına görə 5-ci yerə çıxıb.
Bu barədə “comScore” şirkətinin yeni tədqiqatında qeyd edilib.
Keçən ilin sentyabr ayında analoji reytinqdə "Yandeks" “Facebook” sosial şəbəkəsindən sonra 6-cı yeri tutmuşdu. Hal-hazırda Rusiyanın axtarış sistemi 5-ci yerdədir, “Facebook” isə 7-ci olub.
Reytinqdə birinci yerləri əvvəlki kimi “Google”, “Baidu”, “Yahoo” və “Microsoft” tutur.




28/10/11    Çap et