Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əşyalar interneti” qurğularına qarşı həyata keçirilmiş kiberhücumların sayı iki dəfə yüksəlib


2018-ci il may-iyun ayları ərzində marşrutlayıcı və “Əşyalar interneti” qurğularına qarşı həyata keçirilmiş kiberhücumların sayı iki dəfədən çox yüksəlib. Hücumların artması “Mirai”, “IoTroop/Reaper” və “VPNFilter” kimi belə zərərli proqramların geniş yayılması ilə bağlıdır. Bu haqda informasiya təhlükəsizliyinin təmini üçün proqram təminatının hazırlanması ilə məşğul olan “Check Point Software” şirkətinin nümayəndəsi deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin iyulunda dünya üzrə bütün təşkilatların 45%-i bu boşluqlara görə hücuma məruz qalıb, iyunda bu göstərici 35%, mayda isə 21% olub. Bütün bu boşluqlar hakerlərə zərərli kodu icra etməyə və uzaq məsafədən lazımi qurğular üzərində nəzarəti ələ keçirməyə imkan verir.
 
Mobil qurğular üçün ən aktiv zərərli proqramlar sırasına “Lokibot” (“Android” sistemi üçün bank troyanı, həmçinin inzibatçı hüquqlarının silinməsi halında telefonu bloklayan zərərli proqrama çevrilə bilər) və “Triada” (“Android” üçün modulyar bekdor, yüklənilən zərərli proqrama  superistifadəçi hüququ verir və beləliklə, onun sistem proseslərinə daxil olmasına imkan yaradır) daxil edilib.
 
Emil Hüseynov






31/08/18    Çap et