Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Avira” antivirusu özünü ziyankar proqram kimi qəbul edib


Antivirus proqramlarının əslində "təmiz" kənar proqramları ziyankar proqram təminatı kimi qəbul etməsi halları tez-tez olur. “Avira” tərtibatçıları daha irəli gedərək antivirusa özünü troyan kimi qəbul etməyi "öyrədiblər". Şirkətin texniki dəstək forumunda bildirilib ki, bu, müdafiənin yanlış işləməsidir.
“Avira” antivirusu öz “AESCRİPT.DLL” faylını “TR/Spy.463227” casus proqramı kimi müəyyən edərək onu ziyankar virus kimi qəbul edib. Tərtibatçılar antivirus üçün yeniləmə çıxarmış və problemin həll olunduğunu iddia ediblər.




28/10/11    Çap et