Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada sosial şəbəkələrin işində problem yaranıb


“Facebook” istifadəçiləri ötən axşam sosial şəbəkənin işində nasazlıq olması haqda məlumat veriblər. İnternet xidmətlərinin işində qeydə alınan nasazlıqları izləyən “Downdetector.com” portalı da bu barədə saytında xəbərdarlıq yerləşdirib.

“Downdetector” portalının məlumatına əsasən, sosial şəbəkələrin işində problem Bakı vaxtı ilə gecə saat 00:50 radələrində başlayıb.
 
İstifadəçilər sosial şəbəkədə öz hesablarına daxil ola bilmədiklərini deyiblər. Həmçinin bəzi istifadəçilər “Facebook” şirkətinə məxsus messencerin, “Whatsapp” və “Instagram”ın da əlçatmaz olmasından şikayət ediblər.
 
Sosial şəbəkənin işində qeydə alınan nasazlıqla bağlı Yaponiya, Qazaxıstan, Finlandiya, Ukrayna, Polşa, Almaniya, İtaliya, Fransa, Portuqaliya, Böyük Britaniya, ABŞ, Kanada, həmçinin Afrika və Cənubi Amerikanın bəzi ölkələrindən şikayətlər daxil olub.
 
Xatırladaq ki, istifadəçilər, həmçinin sentyabrın 1-də “Facebook” sosial şəbəkəsinə girişlə bağlı problem olduğu barədə məlumat veriblər.






04/09/18    Çap et