Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerinin yeniləməsi haker və fırıldaqçıları sevindirəcək


Məxfilik məsələlərinə böyük önəm verən istifadəçilər “WhatsApp” messencerində ediləcək son dəyişikliklərdən şoka düşəcəklər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “WhatsApp”ın tərtibatçıları messenceri yeniləməyə qərar veriblər. İstifadəçilər artıq fərdi məlumatların mühafizəsi ilə bağlı narahatçılıq doğuran böyük dəyişikliklər barədə xəbərdar ediliblər.
 
“WhatsApp”ın yeni siyasətinə görə, hakerlər istifadəçilərin məxfi yazışması, foto və video fayllarına giriş imkanına malik olacaq. Dəyişikliklər “Goolge” və “WhatsApp” arasında imzalanmış sazişin bir hissəsidir.
 
Məsələ ondadır ki, “Google Drive”in yeniləməsindən sonra istifadəçi hesablarının ehtiyat surəti meydana çıxacaq. Diskdə çat istifadəçilərinin foto,  video, fayl, həmçinin yazışması avtomatik saxlanılacaq. Beləliklə, “Google Drive” xidmətinə müdaxilə zamanı “WhatsApp” messencerinin şəxsi məlumatları, həmçinin ələ keçiriləcək.
 
Emil Hüseynov






10/09/18    Çap et