Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən populyar proqramlaşdırma dillərinin yeni reytinqi dərc edilib


“TIOBE Software” şirkəti proqramlaşdırma dillərinin yeni reytinqini dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” resursuna istinadən yazır ki, məlumat üçün bildirək ki, “TIOBE” (TIOBE programming community index) indeksi proqramlaşdırma dilinin adından ibarət axtarış sorğularının nəticələrinin hesablanması yolu ilə tərtib edilir.
 
Əvvəlki kimi, dünyada ən populyar proqramlaşdırma dili “Java” (17,436%) olaraq qalır. C proqramlaşdırma dili (15,447% ilə) ikinci yeri tutur. “Python” proqramlaşdırma dili (7,653%-i) yeni reytinqdə 5-ci pillədən 3-cü pilləyə yüksələ bilib, “C++” (7,396%) isə 4-cü yerə enib. Ötən il reytinqdə 8-ci yeri tutan “Visual Basic .NET” proqramlaşdırma dili bu il ilk beşlikdə qərarlaşıb.
 
Emil Hüseynov






11/09/18    Çap et