Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı kəndlərində 10 elektron ATS-in tikintisi planlaşdırılır


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakının ətraf kənd və qəsəbələrində yaşayan sakinlərin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə yeni elektron ATS-lər tikərək sakinlərin istifadəsinə verilməsi istiqamətində işləri davam etdirir. Bu istiqamətdə 10-dan çox elektron ATS-in tikintisi planlaşdırılır.

Bu barədə “ictnews”-a məlumat verən birliyin baş direktor müavini Xankişi Kişiyev bildirib ki, bu işlərlə yanaşı, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi rayonlarının kənd və qəsəbələrində mövcud olan bütün stansiyaların yeni nəsil NGN stansiyaları ilə əvəzlənməsi istiqamətində də tədbirlər davam etdirilir.

Qeyd edək ki, bu işlərə paralel olaraq xətt şəbəkəsinin müasirləşdirilməsi ilə sakinlərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə etməsinə şərait yaranacaq.




29/10/11    Çap et