Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şahdağ Qış-Yay Turizm Kompleksi ən müasir informasiya texnologiyaları ilə təmin olunub


Şahdağ Qış-Yay Turizm Kompleksi ən müasir informasiya texnologiyaları ilə təmin olunub. Bunu “ictnews”-a açıqlamasında “Aztelekom”İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev bildirdi .

Onun sözlərinə görə, Şahdağ Qış-Yay Turizm Kompleksi ərazisini yüksək keyfiyyətli informasiya və kommunikasiya texnologiyaları ilə təmin etmək üçün Qusar TKQ-nın Mərkəzi EATS-dən kompleksə qədər olan 30 kilometr məsafədə optik kabel xətti çəkilərək istifadəyə verilib.

”Burada bütün informasiya və kommunikasiya texnologiyalarına aid müasir multimedia xidmətləri göstərilməsinə imkanlar var. Burada şəbəkə qurulmasına da şərait var”- deyə Vəliyev bildirdi.

Qeyd edək ki, Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tam şəkildə istifadəyə verilməsi ölkədə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq.




29/10/11    Çap et